Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2022 07:16
Ermənistanın dördüncü prezidenti Armen Sarkisyanın oğlu Rusiyadakı "McDonald's" restoranlar şəbəkəsini almaq istəyənlər arasında olub.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Forbes" öz mənbələrinə istinadən məlumat yayıb. Rusiyada iyunun 12-də rebrendinqdən sonra "McDonald's" fast food restoranlarının "Vkusno i Toçka" adlı şəbəkəsi açılıb. Sibirdə 25 "McDonald's" restoranını idarə edən "Yujkuzbassuqol" şirkətinin keçmiş ortağı Aleksandr Qovor restoranlar şəbəkəsinin yeni sahibi olub.
Altı iddiaçıdan biri Ermənistanın eks-prezidenti Armen Sarkisyanın oğlu olub. Armen Sarkisyanın iki oğlundan - Vardan və Haykdan hansının müraciət edənlər arasında olduğu məlum deyil.