Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Ukraynaya yeni hərbi yardım göndərəcək

Bu ölkə Ukraynaya yeni hərbi yardım göndərəcək

Tarix: 24 Iyun 2022 08:22

Almaniya Ukraynaya hərbi yardımları davam etdirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Kristina Lambrext məlumat verib. Nazir bildirib ki, gələn həftədən etibarən ukraynalı hərbçilərə "Mars-2" yaylım atəşli reaktiv sisteminin (YARS) istifadəsilə bağlı təlimlər keçiriləcək.

Parlamentdə çıxış edən nazir təlimlər başa çatdıqdan sonra həmin raket sistemlərinin Ukraynaya təhvil veriləcəyini bildirib. Onun sözlərinə görə, Almaniya, Böyük Britaniya və ABŞ Ukraynaya ümumilikdə 10 YARS tədarük edib.

Nazir onu da vurğulayıb ki, Ukrayna tərəfi Qərbdən aldığı silahlarla Rusiya ərazisindəki hədəfləri vurmayacağına zəmanət verib.

Milli.Az


Etiketlər:  ölkə Ukraynaya yeni hərbi yardım göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ