Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2022 08:38
"Yunanıstan artıq rusiyalı turistlər üçün təhlükəli ölkədir".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Yunanıstanda Rusiya vətəndaşlarına qarşı təhqir və təcavüzlə bağlı şikayətlər artıb.
Açıqlamada Yunanıstan hakimiyyətinin anti-Rusiya çıxışlarına diqqət çəkilərək, Yunanıstan mediasının Ukrayna hadisələri ilə bağlı dezinformasiyalar yaydığı və Rusiya xəbər mənbələrinin bloklandığı vurğulanıb.
Rusiya vətəndaşlarına hər hansısa hadisə baş verərsə, günahkarların cəzalandırılması üçün Yunanıstan hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə edilib.