Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2022 23:02
Avropa İttifaqı Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirdiyini nəzərə alaraq, Kiyevə 9 milyard avro yardım ayırmaq qərarına gəlib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski tviter hesabında məlumat verib.
"Ukrayna müharibə vəziyyətindədir və onun bir çox dövlət xidmətləri üçün ödəyəcək heç bir şeyi yoxdur, buna görə də biz 9 milyard avro yardımın ayrılmasını təsdiqləmişik", - deyə Baş nazir deyib.