Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”

Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”

Tarix: 24 Iyun 2022 23:10

"Ötən gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu alıb. Siz bu yoldasınız. Addımlayın, biz sizə kömək edəcəyik!".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidə keçirilən mitinq iştirakçılarına videomüraciətində deyib.

O, Ukraynanın heç vaxt təslim olmayacağını bildirib.

Mitinq iştirakçılarına Ukraynanın hakim "Xalqın xidmətçisi" Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya da müraciət edib. O deyib ki, Ukrayna və komandası Gürcüstanın böyük Avropa ailəsinə qoşulması üçün əlindən gələn hər şeyi edəcək: "Bu gün dərk etmək çox ağırdır ki, bütün gürcülər bir oliqarxın girovuna çevrilib. Onun ailə üzvləri Avropa İttifaqında yaşayır. Gürcülər isə şanslarını itirirlər və bu gün gözləməlidirlər. Ümid edirəm ki, gürcülər hökumətlərinin hərəkətlərini düzgün qiymətləndirəcəklər".

Milli.Az


Etiketlər:  Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb Biz sizə kömək edəcəyik


RƏYLƏR