Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı siyasətçidən şok iddia - “Üç-dörd həftə sonra...”

Rusiyalı siyasətçidən şok iddia - “Üç-dörd həftə sonra...”

Tarix: 25 Iyun 2022 00:00

Ukrayna Donbas üzərində nəzarəti itirərsə və Qərb silahlarının tədarükünü məhdudlaşdırarsa, Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu rusiyalı deputat Sergey Tsekov deyib.

"Ukrayna hakimiyyətində həvəskarlar və təcrübəsiz insanlar var. Onlar əraziləri güc yolu ilə rus qoşunlarından azad edə biləcəkləri illüziyası ilə özlərinə təsəlli verirlər, Avropa və Amerikanın tədarük etdiyi silahların möcüzə göstərəcəyinə ümid edirlər. Bu gün baş verənlərlə bağlı nəyisə başa düşənlər ancaq Ukrayna hərbçiləridir, amma onların da rəyləri nəzərə alınmır", - Tsekov bildirib.

Deputat iddia edib ki, Ukrayna İngiltərə və ABŞ-ın təzyiqi altındadır və bu iki ölkə üçün müharibə böyük maraq doğurur:

"Təbii ki, müəyyən dərəcədə onlar da bundan əziyyət çəkirlər, amma Avropadan daha az dərəcədə. Təbii ki, biz də əziyyət çəkirik, problemlərlə üzləşməyə davam edəcəyik, amma Aİ-dən daha az".

Tsekov iddia edib ki, bu il Ukraynada ciddi ərazi dəyişiklikləri baş verəcək və bu, danışıqlar prosesinin bərpasına yeni təkan verəcək:

"Üç-dörd həftə sonra Donbas azad ediləcək, daha sonra Ukraynanın digər bölgələrində daha aktiv əməliyyatlar başlayacaq və Qərbin verdiyi "möcüzəli silahlar"ı iflic olacaq. Bundan sonra Ukrayna amerikalılar və ingilislərə məhəl qoymadan danışıqlara getməyə məcbur olacaq".


Etiketlər:  Rusiyalı siyasətçidən şok iddia Üç dörd həftə sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ