Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yumor ustaları məşhur yazarı lağa qoydu - VİDEO

Yumor ustaları məşhur yazarı lağa qoydu - VİDEO

Tarix: 25 Iyun 2022 04:25

"Harri Potter" kitabın müəllifi Coan Roulinq rusiyalı yumor ustaları tərəfindən lağa qoyulub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yazar onunla canlı bağlantıya qoşulan şəxsin Ukrayna Prezidenti Volodimir Zelenski olduğunu düşünüb. Əlaqə zamanı Vovan ve Lexus adlı komediya ustaları Roulinqə sözügedən əsərdə baş qəhrəman Harri Poterin alnındakı "Z" hərfini hazırki siyasi fonda dəyişdirməyi və Ukraynanın simvolundan istifadə olunmasını təklif ediblər.

Yazar bu sözlərdən sonra təəccübünü gizlədə bilməyib və bu barədə düşünəcəyini qeyd edib. Onun nümayəndələri məsələyə münasibət bildirərək bunu yersiz hərəkət adlandırıb və Roulinqin Ukraynadakı uşaqlara və ailələrə kömək etmək üçün bağlantıya qoşulduğunu deyib. Eyni zamanda, onlar videonun dəyişdirildiyi və çıxışın təhrif edildiyi bildiriliblər.

Milli.Az


Etiketlər:  Yumor ustaları məşhur yazarı lağa qoydu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ