Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 08:34
"Bu gün Rusiyanın Ukraynaya təcavüzündən dörd ay keçir. BMT-nin Ukrayna böhranı üzrə koordinatoru Amin Avad müharibənin 12 milyondan çox ukraynalını didərgin saldığını və daimi həll yolunun tapılmasının vacibliyini söyləyib".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik mətbuat konfransında Ukraynadakı son humanitar vəziyyətlə bağlı danışan zaman deyib.
"Biz Ukraynanın şərq bölgələrində təcili yardıma ehtiyacı olan mülki şəxslərə humanitar yardımın çatdırılması üçün çağırışları davam etdiririk", - deyə Düjarrik əlavə edib. `