Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var

Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var

Tarix: 25 Iyun 2022 11:00

Ermənistanın Sünik (Qərbi Zəngəzur) bölgəsində hərbçiləri daşıyan "KamAZ" markalı avtomobil qəzaya düşüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir erməni hərbçi ölüb, dördü yaralanıb.

Qəza İrəvan-Mehri yolunda baş verib. Belə ki, yolda "Mercedes" markalı minik avtomobili ilə Ermənistan Müdafiə Nazirliyinə məxsus "KamAZ" toqquşub.  

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan erməni hərbçilər Qarakilsədəki (Sisian) hərbi hospitala yerləşdiriliblər.

Hazırda polis sürücülərin, ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Ölən hərbçinin müqavilə əsasında xidmət keçən hərbçi olduğu bildirilir. 

Milli.Az


Etiketlər:  Ermənistanda hərbçilər qəzaya düşdü Ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ