Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 18:02
İngiltərədə Derbişir qraflığında qəribə hadisənin görüntüləri qeydə alınıb. Belə ki, hasarının təmiri ilə məşğul olan kişinin dayandığı yerdə torpağın altında qaz borusu partlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, kadrlarda partlayış nəticəsində kişinin yerə yıxıldığı, sonra cəld yerindən durub qaçdığı görünür.
Sonradan məlum olub ki, həmin ərazidə qaz sızıntısı olub və hasarın təmiri zamanı qığılcım partlayışla nəticələnib. Ərazidən 30 sakin təxliyyə edilib.
Kişinin yüngül xəsarət aldığı bildirilir.