Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2019 15:00
Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan və Çin yaxın perspektivdə birgə müəssisələrin yaradılması imkanlarını nəzərdən keçirir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, söhbət traktor, müxtəlif kənd təsərrüfatı texnikası, eləcə də kənd təsərrüfatı məhsullarının emalı zavodlarından gedir:
“Bu irimiqyaslı layihələrin icrası üçün 100 milyon dollar məbləğində investisiyalar qoyulacaq ki, bu da bir neçə min yeni iş yerinin açılmasına kömək edəcək”.
Ş.Mustafayev əlavə edib ki, Azərbaycan sənaye, aqrar sektor sahələrində, eləcə də infrastruktur layihələrinin reallaşdırılmasına investisiyaları artırmağı planlaşdırır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin