Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada atışma baş verib - Yaralı var

Fransada atışma baş verib - Yaralı var

Tarix: 20 Sentyabr 2019 15:32

Bakı. Trend:

Fransanın Lion şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər yaralanıb.

Qeyd olunur ki, atəş evlərin birinin pəncərəsindən naməlum qadın tərəfindən açılıb.

Polis həmin ərazini mühasirəyə alıb. Yollar bağlanıb, marşrutların hərəkət istiqaməti dəyişdirilib.

Yaxınlıqdakı liseydən tələbələrin çıxması qadağan edilib.

Həmin qadının saxlanılması üçün əməliyyat davam edir.


Etiketlər:  Fransada atışma baş verib Yaralı var


RƏYLƏR