Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2022 20:24
ABŞ tərəfdaşları ilə birlikdə Kiyevin ölümcül atəşə tutulmasına görə Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün əlindən gələni edəcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink deyib.
"Rusiyanın Kiyevin mərkəzindəki yaşayış binasına və uşaq bağçasına raket zərbələri endirməsi ilə bağlı bu gün yayılan xəbərlərdən hiddətləndim. Kreml Ukrayna mülki vətəndaşlarını hədəf almağa davam etdiyi üçün ABŞ və tərəfdaşları onun məsuliyyət daşıması üçün əlindən gələni edəcək", - səfir bildirib.