Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 09:10
Keçmiş həyat yoldaşı Adalet Sara və oğlu Ahmet Tatlısəsin ünvanına dediyi sözlərlə gündəmə gələn müğənni İbrahim Tatlısəs bu dəfə məkanların birində verdiyi konsertdə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçını izləməyə gələnlər arasında keçmiş həyat yoldaşı Ayşegül Yıldız və qızı Elif Ada Tatlısəs də yer alıb.
İbrahim qızını səhnəyə çıxartmağa çalışıb. Tatlısəs qızını nə qədər çağırsa da, o, utandığını deyib və səhnəyə çıxmayıb.
Müğənni isə "Gəl, pul verəcəm. 100 lirə verəcəm... 200, 300... " sözlərini söyləyib. Elif isə utandığı üçün, anasına qısılıb və ona cavab verməyib.