Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada alış-veriş mərkəzi raketlə vurulub, ölənlər və çox sayda yaralananlar var

Ukraynada alış-veriş mərkəzi raketlə vurulub, ölənlər və çox sayda yaralananlar var

Tarix: 27 Iyun 2022 20:00

19:59

Rusiya ordusu Ukraynanın Kremençuq şəhərindəki ticarət mərkəzinə raket zərbələri endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Kirill Timoşenko məlumat verib.

Onun sözlərinə görə, zərbələr nəticəsində iki nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

"Yaralılardan 9-nun vəziyyəti ağırdır. Xilasetmə əməliyyatı davam etdirilir", - Timoşenko bildirib.

---------

19:37

Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən alış-veriş mərkəzinə Rusiya qüvvələri iki raket zərbəsi endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram-da paylaşım edib.

Qeyd edək ki, yanan ticarət mərkəzində mindən çox adamın olduğu bildirilir.

Milli.Az


Etiketlər:  Ukraynada alış veriş mərkəzi raketlə vurulub ölənlər çox sayda yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ