Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da sərnişin qatarı relsdən çıxıb: 3 ölü, 13 yaralı

ABŞ-da sərnişin qatarı relsdən çıxıb: 3 ölü, 13 yaralı

Tarix: 28 Iyun 2022 07:56

ABŞ-ın Missuri ştatında qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb.

Bu barədə "CNN" telekanalı yerli rəsmilərə istinadla məlumat yayıb.

Bİldirilir ki, qatar yük avtomobili ilə toqquşub, nəticədə 246 sərnişini daşıyan qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb.

Qatardakı iki sərnişin və yük avtomobilinin sürücüsü hadisə yerində vəfat ediblər, azı 13 nəfər yaralanıb.

Hadisə qurbanlarının sayının artacağı istisna edilmir.


Etiketlər:  ABŞ sərnişin qatarı relsdən çıxıb ölü yaralı


RƏYLƏR