Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teatrda dekorasiya çökdü: aktyor xəsarət aldı

Teatrda dekorasiya çökdü: aktyor xəsarət aldı

Tarix: 28 Iyun 2022 09:46

Rusiyalı aktyor Dmitri Nağıyev Kalininqraddakı teatrların birində dekorasiyanın üstünə çökməsi nəticəsində xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor Kalininqrada rayon dram teatrında "Kısya" tamaşasında oynamaq üçün gəlib. Zədədən sonra D.Nağıyev tamaşaçılar qarşısında çıxışını davam etdirib. Həkimlər sənətçiyə sağ baldır nahiyəsinin əzilməsi diaqnozu qoyublar.

Teleaparıcı etiraf edib ki, üzərinə dekorasiya düşəndən yeriməsində çətinliklər yaranıb.

"Ümumiyyətlə, hər şey qaydasındadır. Mən axsayıram, amma sürünürəm", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  Teatrda dekorasiya çökdü aktyor xəsarət aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ