Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2022 14:08
Moskvanın cənubundakı mənzildə paytaxt sakini keçmiş arvadını öldürüb, sonra özünü doğrayıb.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"2022-ci il iyunun 28-də Moskva şəhərinin Lipetskaya küçəsində yerləşən yaşayış binasının mənzilində münaqişə zəminində kişi keçmiş arvadını qətlə yetirib, daha sonra isə özünə bıçaqla xəsarət yetirib", - məlumatda deyilir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə cinayət işi başlanıb, idarədən bildirilib.
İrfan Vəliyev