Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO)

Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO)

Tarix: 20 Sentyabr 2019 19:57

Bakı. Trend:

Bakıda, Azərbaycanda spirtli içkilər bazarındakı ümumi vəziyyət, xüsusən də, yerli istehlakçıların, habelə dünya istehlakçılarının maraqları və seçimlərinin müqayisəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Azərbaycanın Azad İstehlakçılar Birliyi tərəfindən təşkil edilmiş müzakirələrdə Respublika Narkoloji Mərkəzinin baş həkimi Araz Manuçeri-Lalei, iqtisadi ekspert Toğrul Vəliyev, Dayanıqlı İnkişaf Tədqiqatı Mərkəzinin sədri Nəriman Ağayev iştirak etdilər. Mütəxəssislər qeyd etdilər ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, pivə və arağın tərkibində bir qram təmiz spirt üçün aksiz vergisinin nisbəti 1:3 olmalıdır, Azərbaycanda isə bu nisbət 1:1.25 təşkil edir, bu da uzunmüddətli perspektivdə əhalinin alkoqolizasiyasına səbəb ola bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov giriş nitqində ölkənin istehlak bazarında satılan alkoqollu içkilərin keyfiyyəti məsələsinə toxunaraq, spirtli içkilərin əlçatanlığını, xüsusən, güclü və zəif alkoqollu içkilərə fərqli aksiz dərəcələrinin tətbiqi və yaşı 18-ə çatmayan şəxslərə satışı məhdudlaşdıran siyasətin tətbiqinin vacibliyini qeyd etdi.

Respublika Narkoloji Mərkəzinin baş həkimi Araz Manuçeri-Lalei, öz növbəsində, vətəndaşlar arasında alkoqollu, hətta energetik içkilərin ziyanı barədə maarifləndirmə tədbirlərinin aparılmasının, alkoqol istehlakı mədəniyyətinin aşılanmasının, həmçinin uşaqlar arasında alkoqol istehlakının ziyanı haqqında davamlı təbliğatın aparılmasının vacibliyini bildirdi.

İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə, Azərbaycanda ən çox istehlak olunan spirtli içki pivədir. Belə ki, əgər 2018-ci ildə satılan alkoqollu məhsulların ümumi dəyəri 361 692,5 min manat təşkil edibsə, onun 165 514,7 min manatını (45.76%) pivənin satışı təşkil edib. Arağın satışı 146 704,9 min manat və ya bütün satışların 40.56%, şərabın isə 34 943,1 min manat və ya satışın 9.66%-ni təşkil edib. Ümumiyyətlə, 2018-ci ildə içki bazarının yalnız 1,95% -ni spirtli içkilərin satışı təşkil edib.

Davamlı İnkişaf Tədqiqatı Mərkəzinin sədri Nəriman Ağayev iştirakçıları alkoqolizmin ölkə əhalisinin genetik tarazlığının pozulmasına, müxtəlif xəstəliklərin inkişafına, insan ömrünün qısalmasına, əhalinin reproduktivliyinə təsirinə diqqət yetirməyə çağırdı.

Dəyirmi masanın sonunda mütəxəssislər media nümayəndələrinin Azərbaycanda istehlak strukturu və davranışı ilə bağlı sualları cavablandırdılar.

Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO) Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO) Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO) Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO) Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO) Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO) Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO) Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu (FOTO)


Etiketlər:  Azərbaycanda spirtli içkilərin istehlakı müzakirə olundu FOTO


RƏYLƏR