Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaur cənublu müğənnini efirdən qovdu - VİDEO

Zaur cənublu müğənnini efirdən qovdu - VİDEO

Tarix: 30 Iyun 2022 07:38

Ötən gün "Həmin Zaur" şousunda qəribə hadisə yaşanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal əslən Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini efirdən uzaqlaşdırıb.

Aparıcının bu addımına isə xüsusi heç bir səbəb yoxdur. Z.Kamal qonağına irad tutaraq, canlı efirdən öncə ona İrandan dəvət edilənlər arasında ən yaxşı olduğunu dediyini bildirib. Bu isə Zaur Kamalın xoşuna gəlməyib və aparıcı bu məqamı efirdə xatırladaraq, əvvəlcədən qurduğu plan üzrə müğənnini studiyadan çıxarıb.

Qeyd edək ki, Zaur Kamal efir arxasında baş verənlər haqda danışarkən, müğənni onları təkzib etməyə də çalışıb və kişi arasında olan sözün elə kişi arasında qalmasının lazımlılığını xatırladıb. Buna baxmayaraq, Zaur Kamal öz şousunu davam etdirib və heç bir səbəb olmadan, efir etikasına yaraşmadan qonağını aşağılayaraq, onu efirdən çıxarıb.

Milli.Az


Etiketlər:  Zaur cənublu müğənnini efirdən qovdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ