Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda 4 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Tarix: 30 Iyun 2022 08:50

Bakının Yasamal rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsində qeydə alınıb.

"Daewoo" markalı minik avtomobilini idarə edən sürücü Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan "Toyota" markalı maşını ötmək üçün manevr edib. Nəticədə toqquşma baş verib. Yolda nəqliyyatın hərəkəti sıx olduğundan başqa "Daewoo Ravon" markalı maşın ərazidə olan digər "Toyota" markalı avtomobilə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlara əraziyə çağırılan təcili yardım briqadası yerində yardım göstərib.

Hadisə zamanı ərazidə tıxac yaranıb. Avtomobillər evakuasiya edilib. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda avtomobil toqquşub xəsarət alanlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ