Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənnidən 3 milyon dollar tələb edirlər

Məşhur müğənnidən 3 milyon dollar tələb edirlər

Tarix: 1 Iyul 2022 05:50

Puerto-Rikalı 50 yaşlı pop musiqiçisi Riki Martin məhkəməyə verilib.

Sonxeber.net bildirir ki, bu barədə "Variety" məlumat yayıb.

Los-Anceles Mərkəzi Dairə Məhkəməsində iddianı ifaçının keçmiş meneceri Rebekka Druker qaldırıb. O iddia edir ki, 2014-cü ildən 2018-ci ilə və 2020-ci ildən 2022-ci ilə qədər birgə işlərinə görə ona "əhəmiyyətli komission pullar" ödəməlidir. 15 səhifəlik iddiada bildirilir ki, müğənni Druker sayəsində milyonlarla dollar qazanıb. Bundan əlavə, menecerin 2020-ci ildə şantaj olunduqdan sonra Martinin karyerasını xilas etdiyi iddia edilir.

Açıqlamaya görə, tərəflər arasında işgüzar münasibətlərə məcburi xitam verilib. İddia həm də Martinin mütəmadi olaraq meneceri ilə manipulyasiya etdiyi və ona yalan danışdığını iddia edir. Druker sənətçidən ödənilməmiş komisyon haqqı olaraq 3 milyon dollar istəyir.

Martin və onun nümayəndələri hələlik vəziyyəti şərh etməyiblər.

İrfan Vəliyev


Etiketlər:  Məşhur müğənnidən milyon dollar tələb edirlər


RƏYLƏR