Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlının şəxsiyyəti məlum oldu - YENİLƏNİB - VİDEO

Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlının şəxsiyyəti məlum oldu -  YENİLƏNİB - VİDEO

Tarix: 1 Iyul 2022 11:52

11:49

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.

"Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur", - o bildirib. 

---------

10:54

Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasından (ABADA) bildirilib.

Qeyd edilib ki, uçqun nəticəsində Türkiyə vətəndaşları olan daha iki TIR sürücüsü xəsarət alıb: "Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb".

----------

10:22

Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda torpaq sürüşməsi olub.

Milli.Az İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb.

Torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Türkiyədə torpaq sürüşməsində ölən azərbaycanlının şəxsiyyəti məlum oldu YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ