Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada COVID-19-la bağlı məhdudiyyətlər ləğv edildi

Rusiyada COVID-19-la bağlı məhdudiyyətlər ləğv edildi

Tarix: 1 Iyul 2022 11:46

Rusiyada koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Milli.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) yayıb.

Məlumata görə, ölkədə maska rejimi, ictimai iaşə obyektlərinin gecə işləməsinə qoyulan qadağa və digər məhdudiyyətlər ləğv edilib. 

Bildirilir ki, ölkədə koronavirusla bağlı vəziyyət pisləşərsə məhdudlaşdırıcı tədbirlər yenidən bərpa olunacaq.

Milli.Az


Etiketlər:  Rusiyada COVID 19 la bağlı məhdudiyyətlər ləğv edildi


RƏYLƏR