Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 19:00
Son 5 ay ərzində ölkəmizə 15 min tondan çox ət idxal olunub.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatında bu barədə məlumat əksini tapıb. Ancaq idxalın həcminə baxmayaraq, alıcılar daha çox yerli məhsula üstünlük verirlər. Çünki insanlar düşünürlər ki, yerli ət həm təzə, həm də keyfiyyətlidir.
Bəs idxal olunan əti kimlər alır və harada istifadə olunur? İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev deyir ki, ölkəmizə əsasən iribuynuzlu mal və toyuq əti idxal olunur. Bu məhsullar isə əsasən istehsalatda istifadə edilir.
İqtisadçının sözlərinə görə, konservləşdirmə müəssələri bu yolla məhsulun maya dəyərini 50 faizə qədər azalda bilirlər. Ruslan Atakişiyev bəzi ictimai iaşə obyektləri və dönərxanaların da bu üsuldan yararlandıqlarını istisna etmir.
Paytaxtdakı dönərxanaların birində fəaliyyət göstərən Cavid usta isə deyir kki, idxal olunan ətlər rənginin qaralığı və dadı ilə yerli məhsullardan seçilir.
Elə əlaqə saxladığımız bir neçə restoran meneceri əti fermerlərdən aldıqlarını bildirdilər. Qeyd edək ki, Azərbaycana mal əti daha çox Belarus, Braziliya və Hindistandan, diri ev quşları isə Türkiyə, Rusiya və Gürcüstandan gətirilir.