Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kameron Diaz “təqaüddən qayıtdı”

Kameron Diaz “təqaüddən qayıtdı”

Tarix: 1 Iyul 2022 19:52

Hollivud ulduzu Kameron Diaz "təqaüddən qayıdıb".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Diaz 2018-ci ildə Hollivuddan getdiyini rəsmən təsdiqləyib. Amma indi o, "Netflix"in yeni filmi olan "Back in Action"da rol almağa hazırlaşır. Diaz baş rolu Ceymi Foksla paylaşacaq.

Onlar 2014-cü ildə Diazın son bədii filmi "Annie"də birgə rol alıblar.

"Ceymi Foks, yalnız sən məni yoluma qaytara bilərsən. Səbirsizliklə gözləyirəm, bu, çox gözəl olacaq!" - deyə aktrisa sosial şəbəkə hesabında paylaşıb.

"Netflix" filmin nümayiş tarixini açıqlamayıb.


Etiketlər:  Kameron Diaz təqaüddən qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ