Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2022 20:46
İngiltərənin ən kök adamı sayılan və 349 kiloqram çəkisi olan kişi 37 yaşında dünyasını dəyişib.
Sonxeber.net bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.
Metyu Krouford 18 ayını Nottingemşir ştatının Satton-in-Eşfild şəhərindəki xəstəxanada keçirtdiyi və gücləndirilmiş çarpayılara yerləşdirildiyi zaman məşhurlaşdı. Bu, Milli Səhiyyə Xidmətinə həftədə yeddi min funt-sterlinqə başa gəlib.
Krouford xəstəxanada lazım olduğundan daha çox qaldı, çünki ona evdə qulluq göstərmək mümkün deyildi. Eyni zamanda, xəstələrin müalicəsi üçün lazım olan dörd çarpayı tuturdu. Müalicəsi zamanı Krouford pizza və Çin yeməkləri sifariş edib. Onun xəstəxana çarpayısında şampan şüşəsi ilə poza verdiyi fotolar var.
Krouford evdən çıxanda arıqlama qrupuna qatılıb, lakin arıqlaya bilib-bilmədiyi məlum deyil. Onun işsizlik müavinətini 65 düymlük televizora və müxtəlif idman və əyləncə abunələrinə xərclədiyi bildirilir. Bundan əlavə, həmin şəxsin ona baxan 4 tibb bacısını da təhqir etdiyi iddia edilir.
Kroufordun dostları onun ötən həftə yenidən xəstəxanada olduğunu və sepsis və orqan çatışmazlığından dünyasını dəyişdiyini bildirdi.
İrfan Vəliyev