Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna və Rusiyadan taxıl ixracı ilə bağlı danışıqlar davam edir

Ukrayna və Rusiyadan taxıl ixracı ilə bağlı danışıqlar davam edir

Tarix: 2 Iyul 2022 08:28

"Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının, Rusiya taxılının və gübrələrinin dünya bazarlarına çıxarılmasının təmin edilməsinə dair paket sazişinin əldə edilməsi üzrə danışıqlar davam edir".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.

"Danışıqlar davam edir. Nəticə əldə edilən kimi biz onları elan etməyə hazır olacağıq", - Düjarrik deyib.

BMT taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsi elan edib. Öz növbəsində Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına tədarükünə qarşı çıxmaqda ittiham edib.

Milli.Az


Etiketlər:  Ukrayna Rusiyadan taxıl ixracı ilə bağlı danışıqlar davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ