Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobildən 1800 manat oğurlandı

Avtomobildən 1800 manat oğurlandı

Tarix: 2 Iyul 2022 19:10

Sumqayıt şəhərində avtomobildən 1800 manat oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində "Mercedes" markalı bir avtomobildən 1800 manat pul və bank kartının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş O.Xələfov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Avtomobildən 1800 manat oğurlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ