Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 20:08
"Bu görüşlərdə (Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü nəzərdə tutulur) erməni gündəmi yoxdur, erməni maraqlarını heç kim qorumur".
Bu barədə mitinqdə Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan danışıb.
"Hər iki tərəfdən Türkiyə-Azərbaycan ittifaqı Ermənistandakı "tərəfdaşlarının" köməyi və iştirakı ilə ölkəni nəhayət kapitulyasiyaya salmağa çalışır. Türkiyə və Azərbaycanın qırmızı xətlərinin olduğunu düşünənlərin hamısı dərin yanılır.
Növbəti itirəcəyimiz yer Zəngəzur və Göyçə mahalı olacaq. Sonra isə İrəvandakı Şimal prospektinə çatacaqlar", deyə o, qeyd edib.
Xatırladaq ki, İşxan Saqatelyan Paşinyana məxsus "Vətəndaş müqaviləsi" partiyasının parlamentdəki fraksiyasının səs çoxluğu ilə vitse-spiker vəzifəsindən çıxarılıb.