Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2022 11:08
ABŞ-da 600-ə yaxın daxili və beynəlxalq reys ləğv edilib və 2 500-dən çox reys gecikir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, uçuşların ləğvinə səbəb aviaşirkətlərin işçi çatışmazlığı ilə bağlıdır.
"Third Bridge" konsaltinq şirkətinin analitikləri hesab edirlər ki, ABŞ aviasiyasında hazırda pandemiyadan əvvəlki dövrlə müqayisədə təxminən 15% az işçi çalışır.
Bununla yanaşı, pilot çatışmazlığı bütün aviasiya sənayesində ən aktual problemdir.