Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəhərdə avtomobil yumaq qadağan edildi - 1000 azn cəriməsi var

Bu şəhərdə avtomobil yumaq qadağan edildi - 1000 azn cəriməsi var

Tarix: 3 Iyul 2022 12:24

İtaliyanın Verona şəhər hakimiyyəti içməli suyun istifadəsinə məhdudiyyətlər qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq sərəncamı şənbə günü şəhərin meri Damiano Tommasi imzalayıb.

Avqustun 31-dək vətəndaşlara içməli sudan meyvə-tərəvəz bağlarının və idman meydançalarının suvarılması, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadə edilməsi qadağan olunub.

Qanunu pozanlar üçün 500 avro cərimə müəyyən edilib.

Qeyd edək ki, İtaliya şəhərləri suya qənaət etmək üçün müxtəlif tədbirlər görür. Belə ki, bir müddət əvvəl Milanda fəvvarələr bağlanıb. Kastenaso şəhərində isə bərbərxanalarda saçların ikinci dəfə yuyulmasıqadağan olunub.

Hazırda bütün Apennin yarımadasında isti və quru hava hökm sürür. İtaliyanın bəzi yerlərində 100 gündən çoxdur ki, yağıntı müşahidə olunmur. Bu səbəbdən çaylarda suyun səviyyəsi rekord həddə azalıb.

Ölkədə quraq havanın vurduğu ziyan təxminən 3 milyard avro dəyərində qiymətləndirilib.

Milli.Az


Etiketlər:  şəhərdə avtomobil yumaq qadağan edildi 1000 cəriməsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ