Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda 4 uşaqla parkda gecələyən ana danışdı

Sumqayıtda  4 uşaqla parkda gecələyən ana danışdı

Tarix: 3 Iyul 2022 19:28

Sumqayıtda həyat yoldaşı tərəfindən zorakılıqla üzləşən və 4 uşağı ilə birgə mənzilini tərk edən qadın uşaqları ilə birgə Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

Qadın bildirib ki, həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qaldığı üçün dörd uşağı ilə birgə parkda gecələməli olub.

"Dəfələrlə olub ki, içki içib evə gəlib söyüb, döyüb məni. Bu dəfə də içkili idi, mübahisə etdik, məni təhqir edib evdən qovdu" - deyə, o qeyd edib.

Xatırladaq ki, Sumqayıtda zorakılıqla üzləşən qadın uşaqları ilə birgə Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

Əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfində məsələ nəzarətə götülüb.

Artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsindədir.

Milli.Az


Etiketlər:  Sumqayıtda 4 uşaqla parkda gecələyən ana danışdı


RƏYLƏR