Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Anglo Asian Mining” Azərbaycanda yeni yataqlarda hasilata başlamağı planlaşdırır

“Anglo Asian Mining” Azərbaycanda yeni yataqlarda hasilata başlamağı planlaşdırır

Tarix: 21 Sentyabr 2019 12:42

Bakı. Trend:

Azərbaycanda qızıl istehsalçısı "Anglo Asian Mining" şirkəti yeni yataqlarda hasilata başlamağı planlaşdırır.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Məlumata əsasən, elektromaqnit kəşfiyyatı Gədəbəy ətrafında yeni yatağın olduğunu göstərib:

"Bundan başqa, kəşfiyyata görə, Ordubadda böyük potensial var və hazırda geologiya komandası bunun üzərində işləyir".

2019-cu ilin birinci yarısında "Anglo Asian Mining" 34,394 min unsiya qızıl istehsal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.

Bu ilin ilk 6 ayı ərzində 963 ton mis (39 faiz artım), 84,58 min unsiyaya yaxın gümüş (0,3 faiz azalma) hasil olunub.

Qeyd edək ki, "Anglo Asian Mining" Azərbaycanda "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Söyüdlü" yataqlarında hasilat hüququna malikdir.


Etiketlər:  Anglo Asian Mining Azərbaycanda yeni yataqlarda hasilata başlamağı planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ