Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artist xalq artistlərinin ifasını tənqid etdi

Əməkdar artist xalq artistlərinin ifasını tənqid etdi

Tarix: 4 Iyul 2022 19:40

Əməkdar artist Cavanşir Məmmədov Xalq artisti Röya Ayxanın "Tövbə" mahnısını oxumasını tənqid edib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Xəbərətər" verilişində danışıb. O bildirib ki, mərhum Əməkdar artist Zöhrə Abdullayevadan sonra ən yaxşı Əməkdar artist Firuzə İbadova oxuyub:

"Bu yaxınlarda Röya Ayxan da oxuyub. Ancaq məsləhət görürəm ki, dəyməsinlər, Firuzə xanım buna qızıl hərflərlə imza atıb. Deyirəm və sözümün arxasında dururam. Bu boğaz elə bir xırdalıqlar edib ki, onda alınmayacaq".

C.Məmmədov ad çəkmədən Xalq artisti Zülfiyyə Xanbabayevanın "Şuşanın dağları" ifasını da tənqid edib: 

"Rəhmətlik Habil müəllimlə filarmoniyanın çay evində oturub çay içirdik. Radioda "Şuşanın dağları" səsləndi, habil müəllim soruşdu ki, kimdir? Dedik, ifaçının adını. Hazırda həmin xanım Xalq artistidir. Habil müəllim söylədi ki, qardaş, bu müğənni niyə bu nəğməni oxuyub? İfası ilə mahnını korlayıb. Biz indiyə kimi onu yaxşı oxuyan bilirdik. O, bizi aldadıb, oxuya bilmirmiş ki...".


Etiketlər:  Əməkdar artist xalq artistlərinin ifasını tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ