Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2022 21:16
Honq-Konqlu ssenarist və yazıçı Ni Kuanq 87 yaşında vəfat edib.
Sonxeber.net bildirir ki, bu haqda "Deadline" xəbər verir.
Ni Kuanq Honq-Konqdakı evində dünyasını dəyişib. Ölümün səbəbi dəri xərçəngi olub.
Ni Kuanq 1935-ci ildə Şanxayda anadan olub. Onda kiçik yaşlarından oxumaq sevgisi yaranıb. Böyüyən Ni yerli qəzetdə yazı müsabiqəsində iştirak edib. O vaxtdan onun yaradıcılıq karyerası başlayıb.
Əvvəlcə Ni o dövrdə məşhur olan "wuxia" janrında əsərlər - Çin fantaziyasının elementləri ilə sərgüzəştlər yazıb. 1960-cı illərin əvvəllərində yazıçı elmi fantastikaya keçib. 1967-ci ildə o, özünü kinoda sınayaraq "Təkqollu qılınc ustası" filminin ssenarisini yaradıb.
Karyerası ərzində o, Brüs Linin baş rolda olduğu "Qəzəb yumruğu" və "Böyük Boss", kunq-fu klassiki "Şaolinin otuz altı pilləsi" və super-qəhrəman filmi "Super İnframen", "Kök Əjdahanın Çıxışı" komediyası və digərləri də daxil olmaqla 300-dən çox döyüş sənəti filmi ssenarisini yazıb.
Kuanq həm də "Hikmət" elmi fantastika romanlarının müəllifi kimi tanınırdı. Bundan əlavə, o, qəzetlər, satirik esselər, sevgi romanları və detektiv hekayələri də yazırdı.
İrfan Vəliyev