Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt Ukraynaya humanitar yardım göndərir - FOTO

Sumqayıt Ukraynaya humanitar yardım göndərir - FOTO

Tarix: 5 Iyul 2022 09:16

Sumqayıt Ukraynaya humanitar yardım göndərir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin (ŞİH) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bugün Sumqayıt ŞİH tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarət humanitar yardım göndərilir. Yardıma saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər daxildir.

Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bugün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınır.

Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Sumqayıt ŞİH-in Ukraynanın Çerkassı şəhərinə humanitar yardım göndərəcəyi ilə bağlı xəbərlər paylaşılmışdı.

Milli.Az


Etiketlər:  Sumqayıt Ukraynaya humanitar yardım göndərir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ