Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 17:08
Türkiyənin Marmaris kurort sahillərində istirahət edənlər əllərində pol ağacı ilə köpək balığına oxşayan balığı qovublar.
Sonxeber.net bildirir ki, bu barədə ABC Gazetesi məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə ictimai çimərlikdə dənizdə baş verib. İstirahət edənlərdən biri suda köpəkbalığı olduğunu qışqıranda, başqa bir turist pol ağacını çıxararaq sahilə yaxın üzən dəniz canlısını qovmağa başlayıb.
Hadisə lentə alınıb və internetə yerləşdirilib. Daha sonra videonun altındakı şərhlərdə istifadəçi mübahisələri yaranıb. Bəziləri köpəkbalığı gördüyünü iddia edib, digərləri isə onun böyük üzgəcinə görə tez-tez köpək balığı ilə səhv salınan Aralıq dənizi zibil balığı olduğuna dair sübutlar gətirib.
Daha sonra Marmaris səlahiyyətliləri də sosial mediada şərh yazıb. "İstirahət edənlərin ictimai çimərlikdə gördükləri və köpək balığı ilə səhv saldıqları balıq Aralıq dənizi zibil balığı idi. Mütəxəssislərin fikrincə, bu, zərərsiz heyvandır. Deməli, dənizdə çimməyə gedəndə pol ağacına ehtiyac yoxdur!" - məlumatda deyilir.
İrfan Vəliyev