Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 21:27
Bu yay ABŞ və Avropada Buz dietası populyarlıq qazanıb.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, buzlu dietanın ideya müəllifi həkim Brayan Si Vaynerdir.
Onun soyuq dietasının əsasında hər gün bir litr içində buz dənələri olan çox soyuq su içmək durur.
Onun dietasını gözəllik eksperti Peta Bi təkmilləşdirib.
O həm xaricdən, həm daxildən soyuq təsir metodları hazırladı.
Suda qaçış-akva idman və soyuq qidalanma variantları təklif edir.
Ekspert hesab edir ki, XXI əsrin insanlarında piy ona görə toplanır ki, insanlara çox istidir, onlar soyuqdan istiyə qaçıb.
Harvard universitetinin alimləri bildirir ki, əgər insan yaşadığı və yatdığı mühitdə temperaturu tədricən azaltsa və soyuqda qalmağa alışsa, həftədə idmansız və dietasız 2800 kkal yandıra bilər.
Buz dietasının prinsipi belədir: ilin istənilən fəslində qalın geyinib, yorğanda yatmağı tərgidin, soyuq suda akva idman edin, soyuq su için, daim sərin mühitdə olun, yataq otağınız soyuq olsun. Bu soyuq xoşagələn olmalıdır, dişləriniz bir-birinə dəyməməlidir.
Kontrastlı duş alın, gah soyuq, gah isti suyu növbələyin.
Yüngül geyimdə hər gün açıq havada gəzməyə vərdiş edin.
Sutkada cəmi 3 dəfə yeyin, sonra 10 saat heç bir qida qəbul etməyin. Mini aclıq fasilələri ilə həftəyə 3 kq arıqlamaq olur.
Soyuq yeyə biləcəyiniz nə varsa yeyin, suya buz qatın. Soyuq şorbalar, soyuq qəhvə, soyuq çay.
Bu dietada yağlı, un, şirniyyat,şəkər olmaz.
Ürəyiniz şirniyyat istəsə buzlu çiyələk, dondurulmuş giləmeyvə, şəkərsiz dondurma yeyə bilərsiz.