Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2022 08:34
Rusiya-Ukrayna münaqişəsində daha bir azərbaycanlı həlak olub.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət əslən Masallının Mahmudavar kəndindən olan Qasımov Pənah Şair oğlundan gedir.
Məlumata görə, Pənah Qasımov bir neçə il öncə Rusiyanın Çelyabinsk şəhərinə köçüb və ailəsi ilə orada yaşayıb. Müharibə başlayandan sonra isə Ukraynadakı əməliyyatlara cəlb olunub.
P.Qasımovun evin tək oğlu olduğu bildirilir.