Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavanşir Məmmədov ağladı - Səbəb - VİDEO

Cavanşir Məmmədov ağladı - Səbəb - VİDEO

Tarix: 6 Iyul 2022 13:10

Əməkdar artist Cavanşir Məmmədov yenə açıqlaması ilə gündəmə gəlib. 

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, "Tarixin bir günü" proqramında "Xalq artisti" fəxri adını almaq istədiyini deyib. Buna görə kövrələn Məmmədov bunları deyib:

"Firuzə İbadova sırtıq adam deyil. Mən də eləyəm. Azərbaycanın o kəndi qalmayıb ki, orada kasıb toyu oxumayaq. Nazir toyu oxumuşuq, gətirib beş min veriblər, qaytarmışam. Demişəm, yox, biz 3500 manata gedirik, dəsti-xətti pozmayaq. Bu zəhmətin haqqı nə vaxt veriləcək, mən də bilim (kövrəlir). Kövrələrəm də, adam deyiləm mən?

Dünyada 28 il birlikdə oxuyan duet ortaqları yoxdur. Firuzə xanımın evi yoxdur, toya gedirik ancaq ailə dolandırırq. Qazanc əvvəlki qədər deyil, hər şey bahalaşıb. Yanında bir qızı, bir də mənəm".

Milli.Az


Etiketlər:  Cavanşir Məmmədov ağladı Səbəb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ