Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Norveçlə sərhəd sazişini ləğv edir

Rusiya Norveçlə sərhəd sazişini ləğv edir

Tarix: 6 Iyul 2022 16:16

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Norveçlə Rusiya Federasiyası arasında Barents dənizində sərhəd müqaviləsinə yenidən baxılması üçün Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinə müraciət edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Norveçin NRK nəşri məlumat yayıb.

Qeyd olunub ki, komitə Norveçlə müqavilənin ləğvi və ya dayandırılması ilə bağlı qərar verməlidir.

Eyni zamanda, kommunist deputat Mixail Matveyev Norveç hakimiyyətini Svalbard sakinlərinə məhsulların göndərilməsinə mane olmaqda ittiham edib.

Norveç Xarici İşlər Nazirliyinin nümayəndəsi Ane Haavardsdatter isə bildirib ki, sərhəd müqavilələrinin qeyri-müəyyən müddətə davam etməsi adi bir təcrübədir: "Ümid edirik ki, Rusiya buna hörmətlə yanaşacaq".

Qeyd edək ki, söhbət 2010-cu ildə iki bərabər hissəyə bölünmüş 1,75 milyon kvadrat kilometr ərazisi olan mübahisəli ərazidən gedir.


Etiketlər:  Rusiya Norveçlə sərhəd sazişini ləğv edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ