Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı rejissordan Vüsalə Əlizadəyə: ''Danışanda sözlərinizə diqqət yetirin!'' - VİDEO

Azərbaycanlı rejissordan Vüsalə Əlizadəyə: ''Danışanda sözlərinizə diqqət yetirin!'' - VİDEO

Tarix: 7 Iyul 2022 17:10

Azərbaycanlı rejissor Ravin Əliyevlə aparıcı Vüsalə Əlizadə arasında qalmaqal yaşanıb.

Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, Əlizadə bir neçə gün əvvəl aparıcısı olduğu "7 canlı" verilişində rejissor haqqında "Ravin klip sahəsində... Kimi tapdı, klip çəkir" sözlərini söyləyib.

Aparıcının bu sözləri Ravini qəzəbləndirib. O, Vüsalənin fikirlərinə sərt şəkildə etiraz edib:

"Efirdə işlətdiyiniz "Kimi tapdı, klip çəkir" sözlər mənə xoş olmadı. Çünki 30 illik təcrübəm və sənətim göz önündədir. Kimisə tapmağa ehtiyacım yoxdur. Sizin "kim" söylədiyiniz müğənnilər, xalqın sevimli sənətkarlarıdır. Hər birinə də hörmətim var. Ola bilər ki, sizin üçün dediyiniz müğənnilər "Kim"dir. Amma onların hər biri mənim üçün dəyərlidir. Ən əsası isə hər biri azərbaycanlıdır. Xahiş edirəm, danışanda sözlərinizə diqqət yetirin".


Etiketlər:  Azərbaycanlı rejissordan Vüsalə Əlizadəyə Danışanda sözlərinizə diqqət yetirin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ