Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 15:35
Müğənni Elton Hüseynəliyevin prodüser həyat yoldaşı Tamilla Hüseynəliyeva (Toma) şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, rejissor Nail Naiboğlunun yutub layihəsinə qonaq olan Tamilla Eltonla ayrıldıqları vaxtlardan danışıb:
"Qara bulud deyəndə ki, o an mənim üçün çətin məqam idi. Özümü hər tərəfdən sıxılıb çərçivəyə salınmış vəziyyətdə hiss edirdim. Amma indi deyirəm ki, nə yaxşı, həyatımda o qara buludlar oldu. Çünki ondan sonra hər şey əvvəlkindən də yaxşı oldu".
Tamilla Hüseynəliyeva "Həyat yoldaşınızı bağışladınız" sualına isə belə cavab verib.
"Onu bağışladım. İnanırsınız, heç o dövrdə də ora köklənməmişdim. O qədər başqa şeylər baş verirdi ki, onu düşünürdüm. Ev, iş, uşaqlarım... Onu heç düşünmədim. Sonra isə hər şey öz yerini aldı".
Qeyd edək ki, Tamilla xanım Elton Hüseynəliyevin prodüseridir. Uzun illərdir evli olan cütlüyün Nuray və Məryəm adlı iki qızı var.