Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 19:34
NATO-nun Avropa Ordusunun keçmiş komandanı, general Filip Bridlav Ukrayna Silahlı Qüvvələrinə (ASQ) Rusiyanı zəiflətmək üçün növbəti hədəfə diqqət yetirməyi tövsiyə edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Alyansın keçmiş komandanının sözlərinə görə, Kiyev Kerç boğazından keçən Krım körpüsünə hücum edə bilər. General körpüyə ABŞ-ın iyun ayında Ukraynaya tədarük etdiyi "Harpun" gəmi əleyhinə raketləri ilə zərbə endirməyi məsləhət görüb.
Bridlavın fikrincə, Ukraynanın Krım körpüsünə hücumu tamamilə haqlıdır. O, Kramatorskdakı dəmiryol vağzalına vurulan zərbəni xatırladıb.
"Kerç körpüsü - qanuni hədəfdir", - deyə general fikrini yekunlaşdırıb.