Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 08:21
Almaniya Parlamenti hökumətin Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasına (EUFOR "Althea") hərbçilər göndərmək qərarını təsdiq edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Almaniya son 10 ildə ilk dəfə EUFOR "Althea" sülhməramlı missiyasına 50 hərbçi göndərəcək.
Bundan başqa, Kosovada NATO sülhməramlı missiyasının tərkibində olan 400 almaniyalı hərbçinin xidmət müddəti daha bir il uzadılıb.