Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 13:46
"Onlar Ukraynadakı müharibədən qaçıb, gəlmişdilər. Biz onları evimizə qəbul etdik".
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu Almaniyanım RTL telekanalına azərbayanlı Elçin Ağayevin balta ilə öldürdüyü Andrey F.Rintelnerin xanımı Nadine Frank deyib.
Onun sözlərinə görə, 36 yaşlı Elçin Ağayev Ukraynada müharibə başlayandan sonra birgə yaşadığı sevgilisi Olqa adlı xanım və iki uşaqla birlikdə qaçqın kimi Almaniyaya gəlib. Yerli sakinlərə Ukraynadan gələnləri qonaq etmək icazəsi verildiyindən, onlar bu ailəni tapıblar və evlərinə dəvət ediblər.
Nadine müsahibəsində bildirib ki, onlar çox yaxşı ailə idilər və hər şey qaydasında gedirdi. Bir müddət sonra Nadine Elçinlə həyat yoldaşı Andreyin mübahisə etdiyini görüb. Ancaq onların nəyə görə mübahisə etdiyini bilməyib. Daha sonra məlum olub ki, Elçin Ağayev sevgilisi Olqanı Andreyə qısqanır. Andreylə Elçinin mübahisəsi sonrakı günlərdə də davam edib və sonuncu balta ilə Andreyi qətlə yetirib.
42 yaşlı Nadinenin sözlərinə görə, uşaqları bu hadisədən təsirləndiklərindən kamera qarşısına çıxmaq istəmirlər. Onun tək bir istəyi var: E.Ağayev tutulsun və cəzalandırılsın. O, axtarışların ləng aparıldığı ilə bağlı da iradını bildirib.
Bilefeld şəhər polisinin sözcüsü isə bildirib ki, qətldə şübhəli bilinən Elçin Ağayevin axtarışları davam edir.
Xatırladaq ki, iyunun 18-də 36 yaşlı azərbaycanlı Elçin Ağayev 39 yaşlı Andrey F.Rintelneri balta ilə qətlə yetirərək qaçıb. Həmin gündən E.Ağayevin axtarışı davam etdir. Axtarışa polisin Xüsusi Əməliyyat Qrupu və helikopterlər cəlb edilib.
Ötən gün polis bir neçə ev və iş yerinə basqın edib. E.Ağayevin bir yük maşını sürücüsü ilə Şərqi Avropa ölkələrindən birinə qaçdığı ehtimal edilir. Həmyerlimiz Avropa Polis Təşkilatının bazasında "silahlı və olduqca təhlükəli" olaraq qeyd edilib.
Detmold Prokurorluğu şübhəlinin tutulmasını asanlaşdıracaq məlumata sahib olanlara 5 min avro pul mükafatı verəcəyini açıqlayıb. Axtarışda olan E.Ağayevin şəkilləri olan afişalar Almaniyada demək olar ki, hər yerə vurulub.