Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 16:38
Braziliyanın San-Paulu şəhərində bir cütlük silahlı cinayətkarı öz silahı ilə döyüb.
Sonxeber.net bildirir ki, Daily Mail-in diqqətini çəkən hadisə videoya çəkilib.
Binalardan birinə quraşdırılmış müşahidə kamerasının videogörüntülərində kişi və qadının küçə ilə getdiyi görünür. Birdən bir quldur motosikletlə onlara yaxınlaşır. Cinayətkar onlarla danışır, bundan sonra əlini pencəyinin altında gizlədilmiş tapançaya aparır.
Adam dərhal əlindən silahı qoparır, bu da oyuncaq olur. Qadın sevgilisinin köməyinə qaçır. Onlar birlikdə qulduru tərksilah edib yerə yıxmağa nail olurlar. Kişi və qadın tapança və dəbilqə ilə onun başına vurmağa başlayırlar.
Kadrlarda quldurun döyülməni dayandırmaq üçün qollarını uzatdığı görünür. Buna baxmayaraq, döyülmə davam edir: cütlük onu küçədə sürüyərək növbə ilə döyürlər.
Polis hadisə yerinə gəlib onu həbs edənə qədər adamı buraxmayıblar. Cinayətkar yerli xəstəxanaya aparılıb, aldığı xəsarətlərə görə ona tibbi yardım göstərilib. O, səhhəti imkan verən kimi yerli həbsxanaya köçürüləcək.
Şübhəlinin sürdüyü motosiklet bu yaxınlarda Kampinas şəhərində oğurlanıb.
İrfan Vəliyev