Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 23:26
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəkili onun səhhəti barədə son açıqlama verib.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, eks-prezidentin vəkili Şalva Xaçapuridze onun vəziyyətini ölü ilə müqayisə edib.
O, bildirib ki, siyasətçinin səhhəti çox ağırlaşıb:
"Saakaşvili çox ağır durumdadır. Üzü göyərib, əlləri gücsüzdür. Üzünə baxanda sanki meyitdir. Elə bil ki, 2-3 gün qabaq ölmüş insanın simasıdır. Çox ağır durumdadır. Onun xəstəlikləri Gürcüstanda müalicə oluna bilməz".
Vəkil Saakaşvilinin cəzasının həkimlər qəti rəy verənə qədər təxirə salınmasının vacibliyini qeyd edib: "Onun üçün xüsusi yer lazımdır ki, o müalicə olunsun".
Hazırda Saakaşvili may ayından köçürüldüyü özəl klinikada yatır. Amma səhhətində irəliləyiş yoxdur.