Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2019 11:00
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın həyat yoldaşı Kristina Qvardiola üç ildir yaşadığı İngiltərədən ayrılaraq İspaniyaya qayıdıb.
Qol.az “Daily Mail” nəşrinə istinadla yazır ki, Kristinanın dönüşü Pepin hazırkı klubundan mümkün gedişatı ilə əlaqəli deyil. O, İspaniyaya şəxsi biznesinə görə gedib. Kristiana Kataloniyanın dəb firmalarından birinə rəhbərlik edir. Onun yaxın bir neçə ayda Barselonada yaşayacağı, sonra Mançesterə qayıdacağı bildirilir. Evin iki uşağı bu müddətdə atalarının yanında qalacaq.
Qeyd edək ki, Kristina Pepin “Mançester Siti”ni çalışdırmağa başladığı 2016-cı ildən İngiltərədə yaşayırdı.